SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Ağsuda dəhşət: Ər arvadını namaz üstündə 21 dəfə bıçaqladı - TƏFƏRRÜAT
KRİMİNAL 17:29 / 20.06.2018

Ağsu rayonunda Qaraqaşlı kəndində ər arvadını namaz qılarkən bıçaqlayıb.

Publika.az xəbər verir ki, kənd sakini 1988-ci il təvəllüdlü Həsənov Namiq həyat yoldaşı 1993-cü il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını namaz üstündə bıçaqlayıb. İlkin məlumatlara görə, o qadına 21 bıçaq zərbəsi endirib.

Qadın Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. 4 saat davam edən əməliyyatdan sonra, həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı kənd bələdiyyəsindən  verilən məlumata görə, hadisənin hansı səbəblə törədildiyi məlum deyil:

"Normal ailə olublar. Heç kim deməyə söz tapmır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Biz də onlardan cavab gözləyirik”.

Ağsu Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini  bildirdi ki, xəstənin əməliyyatı uğurlu keçib:

"Dünən döş boşluğu və qarın boşluğunun deşilmiş-kəsilmiş yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Dərhal həkimlərin müdaxiləsi ilə əməliyyata alınıb. Xəstəni təhlükəli vəziyyətdən çıxarmışıq. Çox qan itirdiyindən hazırda vəziyyəti ağır stabil olaraq qalır”.


81 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.