SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
"Hər zərrədə mən xoşbəxtlik gəzirəm"
MƏDƏNİYYƏT-ŞOU 17:02 / 20.06.2018

Hər zərrədə mən xoşbəxtlik gəzirəm,

Aĝacları silkələyən küləkdə,

Sabahlara qanad açan diləkdə,

Bir zamanlar aĝac idi,

Indi üstdə otururlar,kötükdə...

Sizcə,mən düz axtarmıram?!

Bəs harada?Elə ise ,siz deyin,biz bilək də...

Yeri,göyü sularına qərq edən buluddamı?!

Insanları bədbəxt edib,

Qovuşmaĝa qoymayan inaddamı?!

Ulduzdamı,aydamı?

Çəməndəmi,çaydamı?!

Dövlətdəmi,vardamı?!

Sevgidəmi,yardamı?!

Budur,bir şikəst görürəm,

Bəlkə el ayaqdamı,qoldamı?!

Insanı dünyadan edən

Gedər-gəlməz yoldamı?!

Gəzirəm və hər zərrədə

Xoşbextliyi tapıram.

Sən demə,o hardaymış?!

Uşaqları sevindirən qardaymış...

Tarlalara həyat verən çaydaymış...

Gün işıĝın görə bilən gözlərdə,

Ürəkləri sevindirən sőzlərdə...

Sadəcə bir qaydaymış,

Naşükür olar insan,

Şikayət edər asan.

Arzu Hidayətqızı


46 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.