SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
"Səni düşünürəm,anam..."
MƏDƏNİYYƏT-ŞOU 14:23 / 20.06.2018


Səni düşünűrəm,anam,

Bu necə də çoxdan olmuş,

Əkdiyin güllər də solmuş,

Arzuların vaxtsız ölmüş,

Sənlə birgə torpaq olmuş...

Gülűrsen sən ürkək-ürkək,

Boynubükük bənovşətək.

Çox dərdlisən,həm qüssəli,

Yol çəkən gözündən bəlli....

Səni düşünürəm,anam,

Aĝlayırsan,sızlayırsan,

Əllərinlə üzün örtüb,

Dizlərini qatlayırsan.

Öz-özünü danlayırsan,

Qəfil nəsə xatırlayıb,

Səhvi-düzü anlayırsan...

Səni düşűnürəm,anam,

Ölümünden xəbərdartək

Uzaĝa göndərdin məni,

Ömrümə gətirdin çəni,

Görmədim bir daha səni.

O gün,bu gün gözüm gəzir,

Düşünürəm,qayıdarsan,

Yenə hər gun tezdən bizi

Yuxulardan oyadarsan.

Səni düşůnürəm,anam,

Davamı yox deyə, gəlmir,

Üç nöqtəylə naĝıl bitir...

Arzu Hidayətqızı



183 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.