SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
`Bizə ən çətin və gözlənilməz rəqib düşdü`
İDMAN 11:27 / 20.06.2018

"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Sloveniya "Olimpiya"sı barədə danışarkən deyib. 46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasını analiz etməyə başlayacaqlarını açıqlayıb: "Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

Qeyd edək ki, ilk oyun 10-11 iyulda Lyublyanada, cavab görüşü 17-18 iyulda Bakıda keçiriləcək.


40 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.