SON XƏBƏRLƏR
24 May 2019
23 May 2019
22 May 2019
Gürcüstanla Azərbaycan sərhədində yeni gömrük keçid postu tikiləcək
SİYASƏT 18:33 / 14.06.2018
Xəbər verilir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəis müavini Səməd Qaralov deyib.

Onun sözlərinə görə, artıq sözügedən yeni postun tikiləcəyi yerin ərazisi də təyin edilib:

"Yeni gömrük keçid məntəqəsi Böyükkəsiklə Sadıqlı kəndləri arasında tikiləcək. Artıq məntəqənin tikintisi ilə əlaqədar Ağstafa rayon İcra Hakimiyyətindən icazə alınıb. Yeni post "Sınıq körpü" gömrük sərhəd keçid məntəqəsinin yükünü azaldacaq və sadələşdirəcək".

S.Qaralov həmin gömrük keçid məntəqəsində Gürcüstan və Azərbaycan gömrük xidməti əməkdaşlarının eyni binada oturacaqlarını da bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.