SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Heç bir ölkədə turist özüylə 3 kisə kartof gətirmir
ARAŞDIRMA 15:45 / 13.06.2018
Dövlət Gömrük Komitəsi başqa ölkəyə turist kimi gedən vətəndaşlarımızın qayıdarkən tərəvəz, siqaret və s. keçirmək istəməsinə münasibət bildirib.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov bildirib ki, Azərbaycan dövləti kifayət qədər inkişaf edib və başqa ölkələrdən bu cür malların gətirilməsinə ehtiyac yoxdur:

"Heç bir ölkədə yoxdur ki, kimsə turist kimi başqa ölkəyə gedə və qayıdanda özüylə 3 kisə kartof gətirə. Ölkəmiz inkişaf edib, bizim belə şeylərə ehtiyacımız yoxdur. Gömrük Məcəlləsində belə bir anlayış nəzərdə tutulmayıb. Fiziki şəxs vergi orqanlarında sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslərə deyilir. Gömrük sərhəddini keçənlər isə fiziki şəxs deyil, səyahətçidir. Səyahətçi özüylə zəruri vasitələrini apara bilər, 30 kiloqram kartof aparmaz, 20 kiloqram yağ aparmaz. Biz artıq bu cür düşüncələri tərk etməliyik”.



166 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.