SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Gömrük qanunvericiliyi təkmilləşdirilir
İQTİSADİYYAT 15:23 / 13.06.2018
Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək.

Xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib. Şöbə rəisi bildirib ki, komitə gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir.

"Təkliflər hələlik müzakirə mərhələsindədir. Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”, - deyə S.Muxtarov qeyd edib.

Komitə rəsmisi əlavə edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına səbəb olacaq: "Bundan başqa, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə gətirib çıxaracaq".
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.