SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
İnformasiya əldə etmək haqqında qanuna dəyişiklik edilir
SİYASƏT 16:12 / 12.06.2018

Azərbaycanın "İnformasiya əldə etmək haqqında” qanununa dəyişiklik olunur.

Qanunun 30-cu (İnformasiyanın açıqlanması üsulları) maddəsinə edilən əlavəyə əsasən, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin büdcədənkənar dövlət fondlarının səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsait və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan infiormasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edir.

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (Report)


49 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.