SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
14 Oktyabr 2018
13 Oktyabr 2018
12 Oktyabr 2018
Qida təhlükəsizliyi ilə bağlı xidmətlər də ASANLAŞDI
CƏMİYYƏT 15:46 / 12.06.2018
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqda anlaşma memorandumu imzalanıb.

Memorandumu "ASAN xidmət"in sədri Ülvi Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.

"ASAN xidmət" mərkəzlərində Qida Təhlükəsizliyi Agentliyinin 14 xidməti həyata keçiriləcək. İki qurumun birgə fəaliyyəti nəticəsində qida təhlükəsizliyi sahəsində uğurlar əldə ediləcək.

Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati işlər "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Memorandumda "ASAN xidmət" təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, "ABAD" publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulub.
150 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.