SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Ana doğuş zamanı öldü - Ağrıkəsici vurulandan sonra...
HADİSƏ 15:01 / 12.06.2018

Siyəzən Regional Diaqnostika Mərkəzində baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova açıqlamasıda bildirib ki, Aytən Qasımova əməliyyatdan sonra ağrıkəsici vurulandan sonra dünyasını dəyişib: "Ana tibbi göstərişə əsasən, əməliyyatla övladını dünyaya gətirib. Qaydalara görə, əməliyyatdan sonrakı 6 saat ana dinamik müşahidə altında olmalıdır. Ona görə də reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyat ağrılarını azaltmaq üçün ağrıkəsici vurulandan sonra dünyasını dəyişib. Təbii ki, bu, ilkin rəydir. Buna əsasən qərar verə bilmərik. Meyit təşrih ediləcək, bir həftə ərzində Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq.Yalnız ekspertizadan sonra ölümün əsas səbəbi barədə məlumat verə bilərik”.

S.Məmmədova onu da vurğulayıb ki, A.Qasımova hamiləliyi müddətində Siyəzən Regional Diaqnostika Mərkəzində müayinə olunub: "Ana sağlam olub, onun səhhətində ciddi problem olmayıb. Həkimi də peşəkar həkimlərimizdəndir”.


160 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.