SON XƏBƏRLƏR
18 Sentyabr 2018
17 Sentyabr 2018
16 Sentyabr 2018
Bakıda avtobus qəzası - Ölən var
HADİSƏ 16:27 / 11.06.2018
Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindənverilən xəbərə görə, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev idarə etdiyi "Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanan Bakı şəhər sakini Mansur Namazovu vurub.

Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdirilinlər. M.Namazov orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

83 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.