SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
ŞAH-OİL Yanacaq Doldurma Məntəqəsinin kecmiş işçisinin müəmmalı ölümü intihardir ???.... yoxsa qətl???...FOTO (16 +)
KRİMİNAL 11:50 / 11.06.2018
Bakı şəhəri Türkan qəsəbə sakini Balayev Balabəy Azər oğlu 01.04.2018-ci il tarixdə işlədiyi ŞAH-OİL Yanacaq Doldurma Məntəqəsindən müəmmalı şəkildə yoxa şıxmışdır. İş növbəsindən evlərinə geri qayıtmayan B.A.Balayevin ailə üzvləri narahat olaraq bu barədə ŞAH-OİL Yanacaq Doldurma Məntəqəsinə və aidiyyatı üzrə Polis orqanına məlumat vermişlər.
12.04.2018-ci il tarixdə Balayev Balabəy Azər oğlunun (üzərində zorakılıq və xəsarət izləri olan) meyidi Bakı şəhəri Səbail rayonu ərazisində Dəniz sularında tapılmışdır.
Mərhum Balayev Balabəy Azər oğlunun valideynlərinin Regioninfo.az Media İnformasiya Portalına verdikləri açıqlamaya əsasən, mərhum Balayev Balabəy Azər oğlunun ölümü ilə əlaqədar Bakı şəhəri Səbail rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi araşdırma aparılır. Lakin zərərcəkmiş tərəf hesab edirki övladlarının ölümü ilə əlaqədar qəsdən adam öldürmə cinayəti üzrə cinayət işi başladılmalıdır. Səbail rayon Prokurorluğunda aparılan müvafiq araşdırmanın gedişindən narazı qalan valideynlər bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova Şikayət Ərizəsi ilə müraciət ediblər.
Mərhum Balayev Balabəy Azər oğlunun atası Balayev Azər Dinibəy oğlu redaksiyamıza danışarkən xüsusi ilə Məhkəmə Tibbi Ekspertizasının müvafiq rəyini əsassız hesab edərək bildirmişdirki, övladının meyidi üzərində açıq - aşkar müşahidə olunan ağır dərəcəli zorakılıq və xəsarət izləri olmuşdur.
Vətəndaş Balayev Azər Dinibəy oğlu Şikayət Ərizəsində Tələbi və Xahişi mərhum övladının Balayev Balabəy Azər oğlunun ölümü ilə əlaqədar olaraq iş materiallarının Səbail rayon Prokurorluğundan alınıb , Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə verilməsini və qeyd olunan ölüm işinə dair qəsdən adam öldürmə maddəsi üzrə cinayət işinin başladılmasıdır.

P.S. Eyni zamanda: Vətəndaş Balayev Azər Dinibəy oğlu Hüquq və Azadlıqlarının Müdafiəsində ona və ailəsinə Hüquqi köməklik göstərilməsi xahişi ilə Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan müraciət müvafiq tədbirlərin görülməsi ilə əlaqədar olaraq, aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına göndərilmişdir.

regioninfo.az

690 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.