SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
SİYASƏT 10:18 / 11.06.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib.

Səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mixail Boçarnikov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğuladı. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirdi.

Səfir Mixail Boçarnikov Rusiya Prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirdi. O qeyd etdi ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.