SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
Nazir müavini: “Bunun əsasında Prezidentimizin həyata keçirdiyi siyasət dayanır”
SİYASƏT 13:23 / 09.06.2018

"Bu cür tədbirlər Azərbaycanda aparılan islahatların dünya ictimaiyyətinə çatdırılması üçün böyük əhəmiyyət daşıyır”.

Bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində keçirilən "Enerji təhlükəsizliyi” panelində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan bütün imkanlardan istifadə edərək özünün iqtisadi inkişafını reallaşdırır. Onun sözlərinə görə, iqtisadi inkişafın əsasında Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqdisadi siyasət dayanır.

O bildirib ki, bu gün d

ünyada iqtisadi katalikizmlər baş verir.

"Azərbaycan dünyanın bir hissəsi olduğu üçün bunun təsirini az da olsa hiss edir. Lakin Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkə iqtisadiyyatının rəqabətə davamlılığını təmin edir”, - o deyib.

Nazir müavini Azərbaycan iqtisadiyyatının inkişafı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşması sahəsində əldə edilən uğurların nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında əksini tapdığını bildirib.

O, gömrük və vergi sahəsində əhəmiyyətli addımlıarın atıldığını diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, aparılan bütün islahatlar və atılan addımlar zamanı dünya ölkələrinə ən yaxşı nəticələr göstərən mexanizmlərdən istifadə olunur.

Nazir müavini bu ilinin birinci yarısında ümumi daxili məhsulun 1,2 , qeyri-neft ümumi daxili məhsulun isə 2,1 dəfə artdığını deyib.

Sahib Məmmədov qeyd edib ki, aparılan islahatlar Azərbaycanın nüfuzunu daha da artırır və Azərbaycasnla əməkdaşlıq edən iqtisadi tərəfdaşların sayı çoxalır.


66 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.