SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
Naxçıvanda torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki... - Millət vəkili
SİYASƏT 11:32 / 09.06.2018

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Naxçıvan istiqamətində torpağımızın bir hissəsinin işğaldan azad edilməsindən danışıb.

S.Seyidov bildirib ki, torpaqlarımız gec-tez, işğaldan azad ediləcək: "Yenə də torpağımız işğaldan azad edilib. Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar, torpağımızın işğaldan azad edilməsi həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir.

Azərbaycan prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu, məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutdu, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, işğaldan azad ediləcək. Bununla əlaqədar, yəni Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm”.


137 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.