SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
Qayınatadan gəlininə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT: hamamda intim əlaqədə olarkən... - Bakıda
KRİMİNAL 17:51 / 08.06.2018

Bakıda qətl törətməkdə təqsirli bilinən 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngi ilə gəlini Aysel Məmmədovanı qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Seyidmalik Məmmədov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gələrək istintaqa təslim olub.

Onun istifadə etdiyi, müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.

1993-cü il təvəllüdlü Aysel Məmmədova qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib. Bunu bilən qayınatası gəlinini gecə yarısı qoşalülə tüfənglə başından güllələyərək qətlə yetirib.

İstintaqla məlum olub ki, Seyidmalik Məmmədov oktyabr ayında gəlinini öz evinin hamamında qonşuluqda yaşayan Təhmasib adlı şəxslə intim əlaqədə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirib.

Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov dekabrın 11-də, gecə evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

Qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.

Növbəti proses iyunun 13-də davam edəcək.(publika)


65 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.