SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
Növbəti reyd keçirilib
CƏMİYYƏT 15:10 / 08.06.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində ziyan tətbiq olunub.


88 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.