SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
“Qarabağ Azərbaycandır və nida işarəsi” - Yürüş KEÇİRİLDİ/FOTO
CƏMİYYƏT 15:42 / 09.11.2019

Müdafiə Nazirliyi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə "Qarabağ Azərbaycandır və nida” devizi altında yürüş keçirilib.

Publika.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, yürüşdə Müdafiə Nazirliyinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, həmçinin ictimaiyyət nümayəndələri də iştirak edib.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" fikrinə dəstək olaraq reallaşdırdıqları yürüş boyunca Bakıdan Tərtərə, Qazaxdan Gəncəyə, Biləsuvardan Beyləqana gedən avtomobil yollarının üzərində yerləşən şəhər və rayonlardakı şəhidlər xiyabanlarını ziyarət edib, həlak olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar. Yolboyu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə Azərbaycan xalqının zəfər marşı səsləndirilib.

Sonda isə tədbir iştirakçıları düşmənlə təmas xəttində yerləşən "N” hərbi hissəsində xidmət edən hərbi qulluqçularla görüşüb və onları bayram günü münasibətilə təbrik ediblər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.