SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Bakıdan oğurluq üçün İstanbula getdilər: Azərbaycanlıların film kimi cinayətləri - VİDEO
CƏMİYYƏT 13:09 / 07.11.2019

İstanbulda tekstil və yükdaşıma şirkətlərindən 250 min dollarlıq oğurluq edən dəstə polis tərəfindən ifşa edilib.

Belə ki, oktyabrın 8-də Fateh adlanan ərazidə yerləşən tekstil şirkəti maskalı və silahlı iki şəxs tərəfindən qarət olunub. Onlar mağazadan 130 min dollar oğurlayıblar.

Noyabr 1-də yenə həmin ərazidə yükdaşıma şirkətinə hücum edən oğrular oradan 120 min dollar götürüblər.

Hər iki mağazada soyğunçuluq anı təhlükəsizlik kameraları tərəfinindən qeydə alınıb. Polis tərəfindən aparılan araşdırmalar nəticəsində Vəli. V adlı azərbaycanlı tutulub. Məlum olub ki, hər iki mağazadan oğurluq edən şəxslər eyni dəstənin üzvləridir.

Polisdən bildirilib ki, tutulan dəstə üzvləri Bakıdan İstanbula soyğun törətmək üçün gəliblər. Onlar əldə etdikləri pulları qeyri-qanuni yolla ölkədən xaricə göndəriblər. 



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.