SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Bağdadinin əlindən xilas edilən 17 yaşlı qız: Aylardır mənə təcavüz edirdi
CƏMİYYƏT 20:47 / 06.11.2019

İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin əlindən xilas olan yəzdi gənc qız dörd ay ərzində yaşadığı dəhşətlərdən danışıb.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

2011-ci ildən sonra İraq və Suriya ərazisində xilafət qurduğunu elan edən və dünyanın bir çox ölkəsində terror aktları əmri verən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ömrünün son dövrlərini gizlənərək keçirib. O, bir vaxtlar İŞİD-in işğal etdiyi ərazilərdən qaçaraq Suriyanın şimal-qərbindəki İdlib əyalətində, "Əl-Qaidə" ilə əlaqəli terror qrupun nəzarətində olan bölgədə gizlənmişdi. 26 oktyabrda ABŞ xüsusi təyinatlılarının təşkil etdiyi əməliyyat zamanı evində partlayıcı qurğunu işə salan əl-Bağdadi özünü öldürüb.

Bağdadiyə aylardır köləlik edən yəzdi kürdlərdən biri başına gələnləri "Associated Pressə"ə danışıb. May ayında ABŞ əsgərləri tərəfindən həyata keçirilən əməliyyat zamanı azad olunan adı açıqlanmayan 17 yaşlı qız Bağdadinin tez-tez onu döydüyünü bildirib.Əl-Bağdadi köməkçilərindən biri olan qayınatasının evində qaldığı zaman dörd ay müddətində qıza təcavüz edib.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.