SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Cəmil Həsənli büdcə ilə bağlı görün NƏLƏR DEYİR - MÖHTƏŞƏM ÇIXIŞ/VİDEO
SİYASƏT 20:05 / 04.11.2019

Oktyabrın 31-də ABŞ-da "Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda keçirilən tədbirdə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanla bağlı "parlaq nitqini” tirajlamaqdadır.

Axar.az xəbər verir ki, bu paylaşımlarının qarşılığında isə sosial şəbəkə istifadəçiləri Cəmil Həsənlinin Milli Məclisdəki 2010-cu il oktyabr çıxışını yayıblar.

Tarix kifayət qədər diqqətçəkicidir. 2010-cu il noyabrda parlament seçkiləri baş tutacaqdı və yeni seçimlərə sayılı günlər qalırdı. Məhz belə məqamda deputat mandatını bir daha əldə etmək üçün YAP-ın dəstəyinə ümid edən C.Həsənli büdcə müzakirəsində elə sözlərdən istifadə edir ki, hakim komanda belə o tərifləri yağdırmayıb.

Əlbəttə, həmin vaxt - 2010-cu ilin noyabrında təkrar mandat əldə etsəydi, Cəmil Həsənli 2015-ci ilin oktyabrındakı büdcə müzakirələrində də eyni şövqlə büdcə layihəsinin möhtəşəmliyindən bəhs edəcəkdi. Əgər 2015-də də seçilsəydi, biz hazırda Cəmil Həsənlini hakimiyyətə "patoloji sevgisini” izləyirdik.

Təqdim etdiyimiz video reallığı – Cəmil Həsənlinin yalnız deputat mandatından məhrum olduqdan sonra "qisasa” sarıldığını tam çılpaqlığı ilə ortaya qoyur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.