SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Narkomanlar hamilə qadına təcavüz etdi, öldürüb evini yandırdı
SİYASƏT 15:48 / 04.11.2019

Rusiyada - Novqorodda baş verən dəhşətli yanğının təfərrüatı qan dondurub. Aydın olub ki, mənzili 20 yaşlı hamilə qadının ölümünü gizlətmək məqsədilə yandırıblar. Cinayətkarlar yaxalanıb.

Qeyd edək ki, noyabrın 2-i baş verən hadisə haqqında qonşular yanğınsöndürənləri məlumatlandırıb. Xilasedicilərin tez gəlməsinə baxmayaraq, yanğını söndürmək çətin olub.

Mənzildən bir nəfərin cəsədi aşkarlanıb. Qonşuların sözlərinə görə, mənzildə içki düşkünü ər-arvad yaşayıb və ölən, güman ki, onlardan biridir.

Araşdırma zamanı isə məlum olub ki, mənzildəki hamilə qadın narkoman olub. Mənzildə onunla birlikdə iki narkoman oğlan da olub ki, onlar yanğın başlayan kimi hadisə yerindən qaçıblar.

İlkin məlumata görə, oğlanlar hamilə qıza təcavüz edib, onu boğub və izi itirmək üçün evi yandırıblar.

Faktla bağlı istintaq davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.