SON XƏBƏRLƏR
23 Fevral 2019
22 Fevral 2019
21 Fevral 2019
Rusiyanın yeni səfiri bu gün Bakıya gəlir
SİYASƏT 11:32 / 08.06.2018

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir.Bu barədə diplomatik mənbələrə istinadən xəbər verir.

M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu Azərbaycana səfir vəzifəsinə bu il mayın 29-da təyin edib. O, bu vəzifədə Vladimir Doroxini əvəzləyib.

Qeyd edək ki, 70 yaşlı M.Boçarnikov daha əvvəl Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır. Diplomat evlidir və bir qızı var. (Report)


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.