SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Nazirlik Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yaydı
SİYASƏT 10:19 / 31.10.2019

Səhiyyə Nazirliyi Bakıda yol qəzası nəticəsində xəsarət alan Oqtay Gülalıyevin səhhəti barədə məlumat yayıb.

NazirlikdənPublika.az-a bildiriblər ki, "City Hospital"dan verilən məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur.

Müalicəsi reanimasiya şöbəsində davam edir.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev vurulub.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.