SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Bakı yaxınlığında vəzifəli şəxs ağır qəza törətdi - ÖLƏN VAR
SİYASƏT 11:16 / 31.10.2019

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən "Volksvagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə Abşeron rayon Dövlət Yol Polislinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qəzanı törədən sürücü Fazil Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir. O, faktı təsdiqləyib.(APA)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.