SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşü olub
SİYASƏT 12:04 / 19.10.2019

Bu gün Gənclər və İdman naziri AzadRəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından olan vətəndaşlarıqəbuledib.

Oxu.Azxəbər verir ki, qəbulda ümumilikdə 20-yə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar "Gənclər ev”lərinin, Olimpiya İdman Komplekslərinin, bir sıra idman qurğularının tikintisi və təmiri, eləcə də idman arenalarına avadanlıqların verilməsi ilə bağlı müraciət ediblər.

Eyni zamanda, işlə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Birqisim müraciət isə baxılması üçün icraya yönəldilib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.