SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Azərbaycanda qadın sürücü dəhşətli qəza törətdi – ÖLƏN VAR
CƏMİYYƏT 22:21 / 16.10.2019

Sumqayıt şəhərində maşınla piyadanı vurub öldürən qadın sürücü tutulub.

Publika.az xəbər verir ki, oktyabrın 14-də saat 20 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.