SON XƏBƏRLƏR
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
CƏMİYYƏT 17:06 / 14.10.2019
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) xezerxeber.az-a verilən məlumata görə, tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Bu xüsusda, müvafiq Hökumətlərarası komissiyanın fəaliyyəti yüksək dəyərləndirilib və Qırğızıstanın dəmir yolları layihələri inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal şəkildə iştirak etməsi perspektivləri üzərində dayanılıb.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblər. Eyni zamanda, digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edildiyi vurğulanıb.

Görüş zamanı, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.