SON XƏBƏRLƏR
22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018
Neftin qiymətindən NƏ XƏBƏR?
İQTİSADİYYAT 12:29 / 06.06.2018

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 76,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,32 dollar/barel azdır.

Regioninfo.az xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 75,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 4-də 72,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 4-də 73,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel azdır.


149 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.