SON XƏBƏRLƏR
20 Iyun 2018
17 Iyun 2018
14 Iyun 2018
"Cüdo Federasiyasının bəyanatı yalandır" - Prezidentin mükafatlandırdığı Məmmədovdan ETİRAZ
SİYASƏT 12:21 / 06.06.2018
Xəbər vermişdik ki, Azərbaycan Cüdo Federasiyasında qalmaqal baş verib. Qurumda ayrıseçkilik edilir. Əcnəbi məşqçiyə görə yerli məşqçiləri "qurban” veriblər. Köməkçi məşqçi Fərhad Məmmədov ukraynalı baş məşqçi Ruslan Maşurenko ilə anlaşa bilmir. Onun tez-tez qərar dəyişdirməsindən narazılıq edirlər.

Bu xəbərindən sonra federasiya rəsmisi bəyanat yaysa da, bununla razılaşmayanlar da olub.

Həmin bəyanatla razılaşmayanlardan biri də Fərhad Məmmədovun qardaşı, yeniyetmə və gənclərdən ibarət milli komandanın keçmiş məşqçisi Rəşad Məmmədovdur.

Prezidentin mükafatlandırdığı Məmmədov qardaşlarına qarşı federasiyada kompaniyalar aparılması barədə R.Məmmədov   müsahibə verib.

- Məlum xəbərdən sonra bizim redaksiyamıza belə bir məlumat daxil oldu. Məsələ tək Fərhad Məmmədovla bitmir. Ondan öncə də onun qardaşına qarşı belə bir haqsızlıq edilib. Sizi federasiyadan nəyə görə uzaqlaşdırıblar?

- İnanın ki, heç mən də bilmirəm nəyə görə çıxarıblar. Mən 10 il yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi olmuşam. Sonra gənclərdən ibarət millidə baş məşqçi işləmişəm. Cüdo tarixində ilk dəfə komandanı mən finala çıxarmışam, gümüş medal qazanmışıq.

Avstriyadakı təlim-məşq toplantısından gələndən sonra heç nə deməmiş məni yığmadan uzaqlaşdırdılar.

- Səbəbi ilə maraqlanmadınız?

- Kimdən maraqlanım? Amma yenə də çalışan qədər maraqlandım. Heç kim tutarlı səbəb göstərmədi.

- Yəqin ki Fərhad Məmmədovla bağlı yazılan xəbərdən sonra federasiyanın yaydığı bəyanatı oxudunuz?

- Əlbəttə oxudum. Tamamilə yalan danışırlar. Həmin Fərhad Məmmədovdur ki, 2009-cu ildə Yeravandakı yarışdan 5 medal gətirmişdi. Fərhad Məmmədov iki tələbəsi olimpiya mükafatçısı olub. Həmin Fərhad Məmmədovdur ki, dünya çempionatından 4 medal gətirərək tarix yazdırıb. Fərhad Məmmədov və Rəşad Məmmədovun tələbələri olimpiya oyunlarına lisenziya qazanıb. Olimpiya Oyunlarına yollanan 4 cüdoçu bizim tələbimiz idi.

- Federasiaydan iddia edilir ki, Fərhad Məmmədovu komandadan uzaqlaşdırıblar.

- Tamamilə yalandır. Kim deyir ki? Zeyzenbaxer Ukraynadadır, araşdırın.

- Dedikərinə görə, Zeyzenbaxer uzaqlaşdırıb.

- Yalan deyirlər. Nə vaxt uzaqlaşdırıbmış? Yığmanın məşqçiləri, idmançıları var. Onlarla maraqlanın, soruşun, araşdırın. Görün, elə hadisə olub?

- Federasiyanın yaydığı bəyənata münasibətiniz necədir?

- Orada heç bir fikir doğru deyil, hamısı yalandır. Milli komandanın baş məşqçisi olan Ruslan Moşeronko Azərbaycana gələnə qədər heç bir yerdə məşqçi kimi çalışmayıb. Onu Azərbaycan milli komandasına baş məşqçi qoyublar.
Nə isə olan kimi, Fərhad Məmmədovdan soruşurlar. Baş məşqçidən heç nə soruşmurlar. Soruşanda da "o, millinin baş məşqçisidir. Biz onun işinə qarışa bilmərik" deyilir.
Əgər Fərhad müəllim yığmanın uçuruma getdiyini görüb, bu barədə danışırsa və federasiya da Fərhad müəllimi dəstəkləmirsə adam nə etməlidir?

- Niyə hesabatı Fərhad Məmmədovdan tələb edirlər?

- Hesabatı baş məşqçidən tələb etməlidirlər. Bəli, Fərhad müəllimdən yığmanın durumu ilə bağlı soruşurlar, o da deyir baş məşqçidən niyə soruşmursunuz. Əgər proqram düz deyilsə, uşaqlar uçuram gedəcək. Fərhad Məmmədov da komandanı düşünür. Bu gün bizim yetişdirdiklərimiz göz qabağındadır. Statiskasına da baxa bilərsiniz, biz kimləri yetirmişik. İstər baş məşqçi kimi, istərsə də şəxsi tələbələri...

Bu gün Elmar Qasımov, Rüstəm Orucov, Orxan Səfərov kimin tələbələridir? Fərhad Məmmədovun...

Əbdülhəqq Rəsullu, Babazadə İlkin, Telman Vəliyev mənim tələbələrimdir. Hamısı mükafat qazanıblar. Məni komandadan idmançıya görə çıxartdılarsa, idmançıya nəyə görə cəza vermədilər?

- İddia edirlər ki, Fərhad Məmmədov baş məşqçi qədər maaş alıb.

- İki müqavilə var, ikisini də yanaşı qoyun, maraqlanın görün dedikləri kimidir?

- Fərhad Məmmədov öz ərizəsi ilə istefa verib. Sizcə onun tələbələri üçün problem yaratmazlar?

- Onu dünya çempionatı göstərəcək. Mən özüm o dərəcəyə gəlmişəm ki, artıq başqa işlə məşğul olmaq istəyirəm. Məşqçi kimi işləmək istəmirəm. Bu qədər haqsızlıq olar?

- Sizə və qardaşınız Fərhad Məmmədova qarşı federasiya niyə belə mövqe seçib?

- Bilmirəm, kim bizim haqqımızda federasiya rəhbərliyinə nə məlumat verilib. Əgər bizim qədər cüdoçu yetirməyibsə, nə etməlidirlər? Kiminsə ayağının altını qazmalıdırlar. Bunu bizə qarşı kim edir bilmirəm. Öz Allahları bilsin.

Aygün İlqarqızı









48 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.