SON XƏBƏRLƏR
18 Sentyabr 2018
17 Sentyabr 2018
16 Sentyabr 2018
Səhiyyə Nazirliyi: Zəlzələdən sonra xəstəxanalara 31 müraciət daxil olub
HADİSƏ 11:47 / 06.06.2018
İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə insan tələfatı qeydə alınmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  Regioninfo.az-a verilən məlumata görə, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub.

Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib.

Qeyd olunub ki, Soltan Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub. Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-a yerləşdirilən Gülər Durmuşzadəyə yardım göstərilib.

94 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.