SON XƏBƏRLƏR
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
"Qarabağ"ın oyununda EFİRƏ GETMƏYƏN ANLAR: Rəşad və Almeyda... - VİDEO
SİYASƏT 17:52 / 04.10.2019

Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyununda təmsilçimizə qarşı erməni təxribatı baş vermişdi.

Publika.azxəbər verir ki, bu zaman "Qarabağ” futbolçuları ilə yanaşı, azarkeşlər də təxribatçılara kəskin reaskiya verib.

"Qarabağ"ın azarkeşləri dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılmasına sərt etirazlarını bildiriblər. Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və bu zaman təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb.

Kapitan Rəşad Sadıqov azarkeşlərdən sakit olmalarını xahiş edib. Meydana daxil olmaq istəyən bir "Qarabağ” azarkeşini isə Riçard Almeyda sakitləşdirməyə çalışıb.

Sözügedən gərginlik efirdə yayımlanmayıb. Həmin görüntüləri təqdim edirik:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.