SON XƏBƏRLƏR
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
Lavrov: Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşması var
DÜNYA 05:31 / 03.10.2019
"Son zamanlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır. Baş verən insidentlər də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib”.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib.

Rusiya XİN başçısı əsirlərin dəyişdirilməsinə hazırlıq getdiyini vurğulayıb.

"Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı hansısa proses gedir. ATƏT-in Minsk Qrupuun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dostcasına işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprel ayında mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Siyasi proses tormozlanıb. Hələlik prosesi tormozdan ayırmaq alınmır. Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş Naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir”, - deyə S. Lavrov vurğulayıb.
Sergey Lavrov həmçinin deyib ki, Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşması mövcuddur və bu, çox nadir bir vəziyyətdir.

Rusiya XİN başçısı münaqişə ilə bağlı baza sənədlərinin olduğunu bildirib: "Biz dəfələrlə müzakirələr apardığımız baza prinsipləri əsasında düyünün açılmasını istəyirik. Düyünün açılması ancaq birbaşa dialoqdan keçir. Təmaslar var. Lakin münaqişənin nizamlanması ilə bağlı dialoq belə desək, hələlik yenilənmir. Lakin mən Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmürəm. Biz əlimizdən gələni edəcəyik ki, bu baş verməsin”, - deyə S. Lavrov vurğulayıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.