SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb
KRİMİNAL 17:44 / 05.06.2018
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.
Belə ki, Gəncə şəhər sakinləri Ş.Cəfərov, S.Nəbiyeva və Y.Cabbarov şəhər ərazisindəki xətt avtobuslarında ciblərindən müvafiq olaraq 90 manat, mobil telefon və 44 manat pullarının oğurlandığı barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət ediblər.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Cabbarov olduğu məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka müddətinə həbs olunub

regioninfo.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.