SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
14 Avqust 2018
Qadın böyük qüvvədir
YAZARLAR 15:17 / 05.06.2018

Jeanne Darc 19 yaşında əsgər kimi geyinərək ordunun başına keçən kəndli qızı olmuş, indi də Fransa tarixində adı keçən başlıca simalardanbiridir. Benazır Butto bənzərsiz mənasını verən adı kimi özü də bənzərsiz qadın olmuşdur.Ev həbsinə məruz qalan, sürgün edilən bu qadın Pakistanda iki dəfə prezident seçilərək ilk müsəlman ölkənin qadın prezidenti olmuşdur. Rosa Parks neqrlərə olan istismara qarşı duran ilk insanlardan biri olmuşdur. Belə ki, 1930 -cu illərdə Amerikada avtobuslarda bir ağ insan bir neqrdən yerini istəyərsə neqr qalxıb ona yerini verməli idi. Rosa Parks ilk dəfə ondan istənən yerdən qalxmamışdır. Bundan sonra o polislər tərəfindən tutulsa da artıq neqr insanların üsyanını başladan insan olmuşdur.

Minlərlə güclü qadınlar tarixdə dəyişilməz izlər buraxılmışdır. Azərbaycan tarixində də Sara xatın Xurşidbanu Natavan kimi bir çox güclü qadın obrazları yaşamışdır. Qədim dövrlərdən ilkin olaraq anaxaqanlıq dövrü başlamışdır və tarixən adı saymaqla bitməz igid cəngavərlərinidünyaya meydan oxuyan unudulmaz insanlarını dünyaya gətirən əslində zərif bir qadın bətni olmuşdur.Gəlib keçmiş hər bir güclü insanın əldə etdiyi iddia ana südüylə başlamışdır.

İndiki dövrümüzdə də qadınların əməyini yox saymaq cahillik olardı. Hər nə qədər cəmiyyətimizdə qadın hüququ fiziki gücünün pis məqsədlərlə istifadə edən kişilər tərəfindən tapdalansa da əslində qadınların tarixdə də , günümüzdə də , gələcəyimizdə də rolu əvəzolunmazdır.

Qadınlar həmçinin heç bir kişinin belə daşımağa gücü çatmayacaq qədər ağır bir adı-ana adını , hətta məharətlə daşıyan zərif bədəndə gizlənən böyük qüvvədir. Bu həqiqətdir ki hər bacarıqlı kişinin arxasında mütləq bir qadın dayanır.

SƏBİNƏ Daşdəmirova


891 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.