SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Qənirə Paşayeva: Yüzlərlə ailə bu qanunun qəbulunu gözləyir
CƏMİYYƏT 14:39 / 18.09.2019

Azərbaycanda gənclər arasında skalioz xəstələrinin sayında artım müşahidə edilir. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva bildirib. 

Q.Paşayeva gənclər arasında narkotikdən istifadə hallarının artdığını da bildirib. 

"Müvafiq qurumlarla müzakirələr aparmaq lazımdır. Nə baş verir ki, gənclik narkotikə meyllənir? Bunları müzakirə edib təhlil aparmaq lazımdır”, - deyə Q.Paşayeva əlavə edib. 

Deputat onu da qeyd edib ki, "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılmalıdır:

"Yüzlərlə ailə bu qanunun qəbulunu gözləyir”. 

Q.Paşayevanın sözlərinə görə, mediada tibb müəssisələrinin, həkimlərin reklamı tibbi maarifləndirmənin qarşısına keçir. 

"Ona görə də təklif edirəm ki, Mətbuat Şurası ilə birlikdə bu mövzuda dinləmələr keçirək. Digər bir məsələ isə antibiotiklərlə bağlıdır. Antibiotiklərdən düzgün istifadə etmədikdə, bu, ölümə də gətirib çıxarır. Eyni zamanda, təklif edirəm ki, vərəm xəstələrinin əlilliyi məsələsinə də baxılsın”. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.