SON XƏBƏRLƏR
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
Şəhidlərin qanı yerdə qalmadı: əli türk qanına batan "Botan" məhv edildi - VİDEO
CƏMİYYƏT 18:59 / 17.09.2019

Türkiyə Jandarma Qüvvələrinin iki zabitinin qatili olan "Botan" kod adlı PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə ictimaiyyətə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tunceli vilayətinə təşkil edilən əməliyyatda İbrahim Tatlı adlı şəxs zərərsizləşdirilib.

Qeyd edək ki, "Botan" kod adlı terrorçu 11 iyun 2019-cu il tarixində Tunceli kəndində Jandarma Qüvvələrinin Ökkeş Ede və Əmrə Üçkan adlı zabitlərinin ölümünə səbəb olan silahlı hücumu təşkil etmişdi.

Silhalı hücumun digər təşkilatçısı "Zınar" kod adlı Hayrettin Akdoğan isə 27 avqust tarixində Tunceli vilayət Jandarma Komandanlığının həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilmişdi.
BAKU.WS



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.