SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Musiqi məktəbinin direktorunu şantaj edərək 25 min manat pulunu alıblar
CƏMİYYƏT 17:58 / 17.09.2019
Bakıda musiqi məktəbinin direktorundan hədə-qorxu pul tələb edilib.

APA-nın məlumatına görə, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məktəbin direktoru B.Y (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək iki nəfərin ona hədə-qorxu gələrək 25 min manat pulunu aldıqlarını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Arif oğlu Aslanov və Namiq Şəmşir oğlu Baxşalıyev saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxslər barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Onu da qeyd edək ki, saxlanılan şəxslərin hər ikisi də musiqi müəllimləridir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.