SON XƏBƏRLƏR
18 Avqust 2018
17 Avqust 2018
16 Avqust 2018
“Nəticə mənim üçün ikinci planda idi” - Rəşad Sadıqov
İDMAN 17:44 / 04.06.2018

U-21 millimiz yoxlama görüşündə səfərdə Qazaxıstanla 1:1 hesablı heç-heçə edib.

"Qafqazinfo” xəbər verir ki, yığmmaızın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bildirib

O, komandaların ifasında yaxşı oyun izlədiklərini bildirib: "Yaxşı oyun oldu. Hər iki komandanın ifasında baxımlı futbol izlədik. Komandalar topa daha çox nəzarət etmək istəyirdi. Qazaxıstan yığması hazırda seçmə mərhələdə yüksək yerlər uğrunda mübarizə aparır. Bizdə isə fərqli məqsəd var. Biz yeni komanda qururuq. U-20 komandasından 7 nəfəri bu gün start heyətində meydana buraxdıq. Renad Dadaşov hələ hazır deyil. Son vaxtlar yalnız fərdi məşqlər edib. İstəyirdim ki, bizimlə birgə olsun, komandanı hiss etsin. Ona görə də meydana buraxdım. Ümumiyyətlə, futbolçulardan razı qaldım. Meydanda çox çalışdılar. Verilən tapşırıqları yerinə yetirmək istəyirdilər. Səfərdə oynayırdıq və nəticə də pis deyil”.


151 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.