SON XƏBƏRLƏR
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
Fidan Hacıyevaya vəzifə verildi
CƏMİYYƏT 12:48 / 13.09.2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub. 

İdarədən Oxu.Az-a verilən məlumata görə, məktəbin direktor vəzifəsinə opera müğənnisi, Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin edilib.

Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə  Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif edilib.

2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar  vokal ifaçılarının müsabiqəsi”nin qalibi olub.  2015-ci ildə  Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti” adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. 

Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen” ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen”i adlandırılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.