SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
XİN-nin mətbuat katibi Hami Aksoyla görüşdü - FOTO
CƏMİYYƏT 09:44 / 12.09.2019

Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibliyi ilə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibliyi arasında məsləhətləşmələr keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva özünün "Twitter” səhifəsində məlumat verib.

İclasda ölkəmizi Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva, Türkiyə tərəfini isə bu ölkənin XİN mətbuat katibi Hami Aksoy təmsil edib.

Görüşdə katibliklər arasında əməkdaşlıq imkanları və birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edilib. Eyni zamanda tərəflər arasında mübadilənin davamlı olması barədə razılıq əldə olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.