SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Tarix boyunca heç kimin edə bilmədiyini bacaran şəxs - Bütün okeanları... - FOTO
CƏMİYYƏT 16:48 / 11.09.2019

Amerikalı səyahətçi Viktor Veskovo dünyada heç kimin bacarmadığını edib.

O, "5 Dərin” kəşf gəzintisi layihəsi çərçivəsində dünyadakı mövcud 5 okeanın hamısının ən dərin nöqtələrinə eniş etməyi bacarıb.

Beləliklə də, bunu bacaran ilk insan kimi tarixə düşüb.

Veskovo 5-ci və son dalışını Şimal Buzlu Okeanının ən dərin nöqtəsi olan Molloy Çuxuruna edib. Təzyiqədavamlı xüsusi sualtı gəmidən istifadə edən Veskovo 5,5 km dərinliyə qədər gedib. Bu dalış, eyni zamanda, bu məkanda gerçəkləşdirilən ilk dalış kimi qeydə alınıb.

BBC-yə açıqlama verən səyyah "bu edilməli idi. Dünyaya sadəcə var olmaq, ya da rahatlığa qovuşmaq üçün gəlmədiyimizi, bir şəkildə fayda verməyimizi söyləyən bir fəlsəfəni müdafiə edirəm. Seçdiyim bu yol da macəra yaşarkən həm də canlı növü olaraq irəliləyiş əldə etməyimizə yardımçı olacaq nələrsə etməyə yarayır”.

Qeyd edək ki, Viktor Veskovo daha əvvəl yeddi qitənin ən yüksək zirvələrinə çıxmağı bacaran ilk insan ünvanını qazanıb. O, okeanlara səyahətini 10 ayda həyata keçirib./publika.az




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.