SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Gürcüstan parlamentinin sədri: Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir
CƏMİYYƏT 09:10 / 11.09.2019
Azərbaycan bizə dost və qonşu ölkədir. Eyni zamanda, bizim üçün vacib tərəfdaşdır. Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir. Mən bu əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm.

Bu fikri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Arçil Talakvadze söyləyib.

Parlament sədri Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını bildirərək deyib: "Hazırda Gürcüstan parlamenti bir sıra vacib qanunlar üzərində işləyir. Gərgin iş qrafikimiz var. Biz seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçiririk və konstitusiyaya düzəliş edirik. Bu, bütün ölkə ərazisində ictimai müzakirələrin keçirilməsini tələb edir. Amma mən qonşu ölkələrə, o cümlədən Azərbaycana səfər planlaşdırıram. Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir və biz bu regionun bir hissəsiyik. Qonşu ölkələrlə strateji əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”. (AZƏRTAC)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.