SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Onlarla məktəbə yeni direktor təyin olundu - RƏSMİ
CƏMİYYƏT 21:03 / 10.09.2019

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apellyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nəticələrə əsasən, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.