SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Mübariz Qurbanlı Şağandakı məsciddə şəhidlərin plakatlarının sökülməsindən danışdı
CƏMİYYƏT 22:11 / 10.09.2019

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirib.

Trend-in məlumatına görə, Komitə sədri bildirib ki, şəhidləri bir-biri ilə müqayisə etmək düzgün deyil: "Şəhidlik ümumi addır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü Qarabağ şəhidləri və digər şəhidləri yad edilirsə, bu, tamamilə doğrudur və heç bir dinlə ziddiyyət təşkil etmir. Qafqaz Müsəlmanları İdarəsinin builki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı xütbələrdə Qarabağ şəhidləri də yad edilsin. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, yanaşma doğru deyil".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.