SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edəcəklər - FOTO/VİDEO
CƏMİYYƏT 12:49 / 10.09.2019
Azərbaycan Ordusunun hərbi qulluqçuları "Hohenfels" təlim mərkəzində keçiriləcək "Saber Junction - 19" çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də, hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Təlim sentyabrın 30-dək davam edəcək.





Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.