SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Bu görüntülər dünyada BOMBA EFFEKTİ YARADACAQ: Netanyahu canlı yayımda paylaşdı - VİDEO
CƏMİYYƏT 09:14 / 10.09.2019

İranın nüvə proqramına aid gizli bölgələr İsrail tərəfindən kəşf edilib.

Bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib.

Netanyahu Abadeh şəhərində bir nüvə mərkəzində nüvə silahının hazırlandığını və İsrail tərəfindən kəşf edilməsindən sonra İranın mərkəzi məhv etməyə qərar verdiyini söyləyib.

Mərkəzin peykdən çəkilən fotolarını paylaşan baş nazir İsrail kəşfiyyatı tərəfindən aşkar edilən on minlərlə səhifəlik nüvə arxivinin əllərində olduğunu deyib. Onun sözlərinə görə, keçən il İranın gizli nüvə proqramı üçün materiallar və avadanlıqların saxlanıldığı Turquzabaddakı nüvə anbarı da İsrail tərəfindən aşkar edilib.

Beynəlxalq ictimaiyyəti İranla bağlı xəbərdar edən Netanyahu İrana daha çox təzyiq göstərmək üçün onları ABŞ-a qoşulmağa çağırıb./publika.az


© xezerxeber.az
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.