SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Vəkil: Məhkəmələrdə 10 işdən yeddisi boşanmalarla bağlıdır
CƏMİYYƏT 22:36 / 09.09.2019

Bu gün Azərbaycanda boşanmaların statistikasına baxanda acınacaqlı halın şahidi oluruq. Məhkəmələrdə 10 işdən yeddisi boşanmalarla bağlıdır.

Bunu Oxu.Az-a açıqlamasında vəkil Anar Qasımlı bildirib.

Onun sözlərinə görə, məhkəmələr boşanmaların qarşısının alınması üçün ən yaxşı halda bir addım atır ki, bu da tərəflərə üçay müddətinə barışıq verilməsidir.

Vəkil boşanmaqla bağlı məhkəmədən öncəki prosesə də diqqət çəkib.

"Hesab edirəm ki, mediasiya prosesində boşanmanın qarşısını müəyyən qədər almaq mümkündür. Çünki boşanmaların səbəblərinə diqqət yetirsək, görərik ki, insanlar xırda məsələlərə görə ailələrini dağıtmağa hazırdırlar. Ona görə də mediasiya prosesi işə düşdükdən sonraboşanmaların qarşısını müəyyən qədər almaq olar", - deyə A.Qasımlı bildirib.

Vəkil əlavə edib ki, mediatorlar boşanmaların azalması üçün insanlara zəruri dəstək verməlidirlər.

"Mediasiya haqqında" qanun çox gərəklidir. Sadəcə, onu düzgün tətbiq etmək lazımdır".

Xatırladaq ki, Milli Məclisin Ailə,qadınvəuşaqməsələlərikomitəsinin sədri Aqiyə NaxçıvanlıOxu.Az-a açıqlamasında Azərbaycanda boşanmaların qarşısının alınması üçün təkliflər səsləndirib. O deyib ki, boşanmağı düşünən ailələrə vaxt verilməlidir.

Deputatın sözlərinə görə, qeydiyyat şöbələrində barışıq missiyası olan qurumlar olmalıdır ki, boşanmaq istəyənlərə vaxt versinlər:

"Bundan başqa, valideynlər də öz tövsiyələri ilə ər-arvadı bu yoldan çəkindirməlidirlər", - deyə A.Naxçıvanlı bildirib.

Qeyd edək ki, 2019-cu ilin aprelin 3-də Prezident İlham Əliyev "Mediasiya haqqında"qanunun tətbiqinə dair Fərman imzalayıb.

Beş fəsil və 39 maddədən ibarət "Mediasiya haqqında"qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir.

Bununla yanaşı, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.