SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
"Əsrin oğurluğu", yoxsa penalti? - Media gündəmi - FOTO
İDMAN 10:20 / 04.06.2018

İtalyan futbolu üçün daha bir "qiyamət gecəsi" geridə qaldı. "La Gazzetta dello Sport" 5 ay əvvəl, dünya çempionatından kənar qalan millinin uğursuzluğunu "dünyanın sonu" kimi qiymətləndirmişdisə, bu gün isə italyan mediası "Yuventus"a "yas saxlayır".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İtaliyanın müxtəlif media qurumları "Real" - "Yuventus" (1:3) oyununun son saniyələrində baş verən hadisələrə manşetlərində yer veriblər.

"Yuventus" mümkünsüzdən millimetr uzaqlıqda" - "La Repubblica"nın veb-saytı.

"Yuve"nin qəzəbi - "La Repubblica"nın idman əlavəsi.

"Tutto Sport" isə daha çox "Yuventus"un əzminə diqqət çəkib.

"Corriere dello Sport" "Oğurluq" başlığı ilə bütün italyanların hisslərinə "ortaq" olub.

İspaniya idman mediası da matçın baş hakimi Maykl Oliverin qərarlarına geniş yer ayırıb. "Real"ın penalti epizodunda şanslı olduğunu ön plana çıxaran Barselona mərkəzli "Sport" nəşri italyan həmkarları ilə eyni fikirdədi: "Əsrin oğurluğu".

"Real"a yaxınlığı ilə bilinən "Marca" isə tamamilə fərqli fikirdədi: "Penalti var idi".

Qeyd edək ki, oyuna əlavə olunmuş sonuncu dəqiqədə "Yuventus"un qapısına penalti təyin edən referi Maykl Oliver, həmçinin etirazlara görə qolkiper Canluici Buffonu meydandan qovmuşdu.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.