SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Prezidentliyə namizəddən ilginc açıqlama - "Kasıblar aborta müraciət etsinlər"
CƏMİYYƏT 12:46 / 09.09.2019

ABŞ-ın Demokratik partiyasından prezidentliyə namizəd Berni Sanders kasıb ölkələrdə qadınların doğuşlara abort yolu ilə nəzarət etməli olduğunu bildirib.

O bu barədə "Fox News” telekanalında iqlim problemləri ilə bağlı bir proqramda çıxışı zamanı deyib.

Bildirilir ki, şou proqram zamanı bir qadın planetin əhalisinin sayının idarə edilməsində mövqeyini öyrənmək üçün namizədə müraciət edib.

Sanders qeyd edib ki, qadınlar öz həyatlarını idarə etməli və reproduktiv sağlamlıq mövzusunda sərbəst qərar vermək hüququna sahib olmalıdırlar.

"Düşünürəm ki, qadınların çoxlu uşağa sahib olmağı o qədər də istəmədiyi dünyanın xüsusilə kasıb ölkələrində doğuşa nəzarət imkanına sahib olmalıdırlar”, - Sanders belə deyib.

Ancaq amerikalı namizədin bu sözlərini ictimaiyyət birmənalı qarşılamayıb./APA


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.